Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib

15:42 - 13 / 05 / 2023
Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

1news.az Report-a istinadla xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər