Sabah külək güclənəcək, yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah külək güclənəcək, yağış yağacaq

15:26 - 16 / 05 / 2023
Sabah külək güclənəcək, yağış yağacaq

Mayın 17-si Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

1news.az xəbər verir ki, Azərbaycanın rayonlarında mayın 17-si gündüzdən 18-i səhərədək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Paylaş:
348

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər