Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb

13:37 - 22 / 05 / 2023
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb

Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsindən 1news.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan cüzdanlarını oğurlaması da müəyyən olunub.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər