TƏBİB Qəbələdə yol qəzasında xəsarət alanlarla bağlı yeni məlumat açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB Qəbələdə yol qəzasında xəsarət alanlarla bağlı yeni məlumat açıqladı

16:15 - 26 / 05 / 2023
TƏBİB Qəbələdə yol qəzasında xəsarət alanlarla bağlı yeni məlumat açıqladı

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.

1news.az xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.

***

14:20

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər