İki çempion birləşdi - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İki çempion birləşdi - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTO

15:00 - 27 / 05 / 2023
İki çempion birləşdi - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTO

Mayın 26-da “Sirab” brendinin futbol üzrə Azərbaycan çempionu “Qarabağ”la rəsmi tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.

İmzalama mərasimində “Sirab”ın icraçı direktoru Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, “Qarabağ” FK-nun baş direktoru Əmrah Çəlikəl, komandanın marketinq departamentinin rəhbəri Yusif Cəfərov iştirak edib.

Əvvəlcə rəsmi tərəfdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləni “Sirab” şirkətinin icraçı direktoru Alper Yaycılı və “Qarabağ” FK-nun baş direktoru Əmrah Çəlikəl imzalayıb.
İmza mərasimində “Sirab” şirkətinin icraçı direktoru Alper Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib: “Qarabağ” Azərbaycan idmanının ən öndə komandalarından biridir. Bu klub ölkəni Avropa meydanlarında layiqincə təmsil edir, milyonlarla insana sevinc və qürur bəxş edir. “Sirab” olaraq daim ölkə idmanına dəstək olmağa çalışırıq. 2018-ci ildən “Qarabağ” FK ilə əməkdaşlığımız var. Bu gündən etibarən isə həm də tərəfdaş olaraq çalışacayıq. “Qarabağ” kimi titullu və böyük komandayla əməkdaşlıqdan qürur duyuruq. “Sirab” və “Qarabağ” ayrı-ayrılıqda öz sahəsinin çempionudur. Bu gün iki çempionun tərəfdaşlığı rəsmiləşdi”.

“Sirab” rəsmisi müqavilənin 1 il müddətinə nəzərdə tutulduğunu, amma gələcəkdə artırılma ehtimalının yüksək olduğunu söyləyib.

“Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl tərəfdaşlıqdan məmnun olduqlarını bildirib: “Biz “Sirab” suları ilə 2018-ci ildən əməkdaşlıq edirik. Klub olaraq sədaqət və mənəviyyata böyük üstünlük veririk. Öncələr başqa sular da alırdıq. Amma məmnun qalmırdıq. Hətta çarter reysi ilə səfərə çıxanda özümüzlə ”Sirab” suları aparırıq. Bu üzdən bu şirkətin üzərində dayandıq. Tərəfdaşlıqdan məmnunuq”.

Qeyd edək ki, 70 ildən çox yaşı olan “Sirab” mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Dünya standartlarına cavab verən “Sirab” mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb.

Reklam hüququnda

Paylaş:
435

Son xəbərlər

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO01 / 10 / 2023, 22:14Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində01 / 10 / 2023, 16:00“Nar” şəbəkəsi Xankəndi şəhərində01 / 10 / 2023, 13:45Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21
Bütün xəbərlər

Next TV