Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib - VİDEO

11:54 - 27 / 05 / 2023
Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib - VİDEO

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər