Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb

Qafar Ağayev14:38 - 29 / 05 / 2023
Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb

Şirvan şəhərində mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində saxlanılıb.

Aparılan araşdırmalar zamanı onun mağazaya qanunsuz daxil olaraq, orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisindəki 5694 manat məbləğində pulu gizli yolla taladığı müəyyən edilib. Daha sonra o, izi itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
244

Son xəbərlər

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO01 / 10 / 2023, 22:14Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində01 / 10 / 2023, 16:00“Nar” şəbəkəsi Xankəndi şəhərində01 / 10 / 2023, 13:45Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21
Bütün xəbərlər

Next TV