Deputat: “Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur”

Qafar Ağayev09:19 - 31 / 05 / 2023
Deputat: “Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur”

“Azərbaycanla İsrail arasında əlaqələr uğurla inkişaf edir. İsrailin Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri dövlətlərimizin münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidr”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur. Ötən illər ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirimiz həmin ölkədə rəsmən fəalyyətə başlayıb.

Millət vəkilinin sözlərinə görə, İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Prezidentlərin mətbuata bəyanatlarında dövlətimizin başçısının dediyi kimi ölkələrimiz arasında çox fəal siyasi dialoq var: “Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq... Nisbətən yeni əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”. Ölkələrimiz həmçinin müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir texnikalarından istifadə edərək müdafiə qabiliyyətini artırır.

İsrail Prezidenti İsxak Hersoq isə bizim əlaqələrimizin dərin köklərinin olduğunu vurğulayıb: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”.

“Bütövlükdə, hesab edirəm ki, İsrail Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin inkişafında yeni səhifə açır. Bu, hər iki dost ölkə üçün faydalıdır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
377

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər