Nazir: Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılması üzərində işləyir
Azərbaycan hazırda Xəzər dənizindəki külək elektrik stansiyalarını Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya birləşdirən “yaşıl enerji” dəhlizinin, eləcə də Rumıniya və Macarıstanda müvafiq infrastrukturun yaradılması üzərində işləyir.
1news.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün işinə başlayan Bakı Enerji Forumunun birinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan “yaşıl enerji”nin müxtəlif növlərinin istehsalı, ötürülməsi, paylanması və satışını əhatə edəcək layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün səylərini birləşdirib:
“Bolqarıstan hökuməti tezliklə rəsmiləşdirilməsi gözlənilən bu Sazişə qoşulmaq istəyini ifadə edib. Tərəfdaş ölkələrimizlə birgə müəssisənin yaradılması prosesinə start verilib. Güman edirəm ki, bu əməkdaşlıq bütün tərəflər üçün faydalı olacaq”.