Nikolson: “Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var”
“Böyük Britaniyanın Azərbaycandakı bp şirkəti bu “yaşıl” layihələrin həyata keçirilməsində ölkəyə dəstək olmaqda böyük rol oynayır”.
1news.az xəbər verir ki, bunu bu gün Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi zamanı deyib.
"Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir, ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. Onu da vurğulamaq istəyirəm ki, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaşıl enerjiyə keçid sürətləndirilə bilər”, - o əlavə edib.
336