Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib

13:34 - 02 / 06 / 2023
Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib

Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, cənub-şərq küləyi əsir. Havanın temperaturu aran rayonlarında 23-27° isti, dağlıq rayonlarda 17-19° isti qeydə alınıb.
Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür-Zərdabda 8 sm, Kür-Surrada 3 sm, Gəncəçay-Alaxançallıda 3 sm, Qabırrı-Kəsəmən, Əyriçay-Ağyazı, Katexçay-Qəbizdərə və Bəsitçay-Rəzdərədə 1 sm artım olub.

Paylaş:
208

Son xəbərlər

Bütün xəbərlər