Qaxda kişinin yanmış meyiti aşkarlanmasına görə araşdırma başlandı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda kişinin yanmış meyiti aşkarlanmasına görə araşdırma başlandı - YENİLƏNİB

Qafar Ağayev11:43 - 02 / 06 / 2023
Qaxda kişinin yanmış meyiti aşkarlanmasına görə araşdırma başlandı - YENİLƏNİB

Mayın 25-də itkin düşmüş1953-cü il təvəllüdlü Davud Yusifovun iyunun 2-də yanmış meyitinin aşkar edilməsi faktı üzrə Qax rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

10:14

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər