ANAMA mayda azad olunmuş ərazilərdən aşkarlanan minaların sayını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA mayda azad olunmuş ərazilərdən aşkarlanan minaların sayını açıqladı

Qafar Ağayev12:04 - 02 / 06 / 2023
ANAMA mayda azad olunmuş ərazilərdən aşkarlanan minaların sayını açıqladı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Xocalı, Kəlbəcər, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 231, tank əleyhinə 359 mina və 1520 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bildirilib ki, 3 551, 86 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər