DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsait çap edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsait çap edib

Qafar Ağayev12:22 - 02 / 06 / 2023
DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsait çap edib

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən Jurnalistika və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyənlər üçün vəsait çap edib.

DİM-dən 1news.az-a bildirilib ki, vəsaitdə ixtisasların xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, abituriyentlərin yazacaqları inşaya (esseyə) qoyulan tələblər, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, bir sözlə, bu ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

Vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Aşağıdakı istiqamətlər üzrə vəsaitlərin elektron versiyaları (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

- Təsviri sənət və memarlıq

- Musiqi sənəti

- Teatr, kino və xoreoqrafiya sənətləri

- Bədən tərbiyəsi və idman

- Jurnalistika, İslamşünaslıq

Vəsaitləri “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Paylaş:
192

Son xəbərlər

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02
Bütün xəbərlər