Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı

Qafar Ağayev17:06 - 05 / 06 / 2023
Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı

"Türkiyə lirəsi dollara nisbətən yenidən dəyər itirib".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat deyib ki, son 1 ayda 8 faiz ucuzlaşan Türkiyə pulunun çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb.

"Hazırda 1 ABŞ dolları almaq üçün 21.22 lirə ödəmək lazımdır. Hətta sektorda kifayət qədər yüksək güvənli hesab edilən Mehmet Simşəkin maliyyə naziri təyin olunması belə lirəinin ucuzlaşmasının qarşısını ala bilmədi.

Seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Seçkinin başa çatmasına baxmayaraq Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici valyita təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır".

"Bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir" - deyə, deputat əlavə edib:

"Ayındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq, yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar orta müddətli dövrdə stabiliyə nail olmaq imkanlarını xeyili genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağrışlar gözləyir".

Paylaş:
286

Son xəbərlər

Xəzər dənizində Azərbaycan-Qazaxıstan birgə hərbi təlimləri başlayıb - FOTOBu gün, 12:59ANAMA: Antiterror əməliyyatlarından sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılırBu gün, 12:52Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənibBu gün, 12:42II Milli Qurama Festivalı ŞəkidəBu gün, 12:32Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıbBu gün, 12:21Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42
Bütün xəbərlər

Next TV