Ombudsman İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüşüb

Qafar Ağayev16:46 - 07 / 06 / 2023
Ombudsman İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleiserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 1news.az-a Ombudsman Aparatından məlumat verilib.

ICMP hökumətlər, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla hərbi münaqişələr, insan hüquqlarının pozulması, təbii fəlakətlər, qeyri-qanuni miqrasiya və digər səbəblər nəticəsində itkin düşmüş şəxslərin məsələlərinin həlli istiqamətində fəaliyyət göstərir.

S.Əliyeva görüşdə Ombudsmanın mandatı və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Müvəkkil Ombudsman Aparatında və regional mərkəzlərdə insanların canlı qəbulunun həyata keçirildiyini bildirib. Eyni zamanda, müraciətlərin 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron qaydada və sosial şəbəkələr vasitəsilə qəbul olunduğu, pozuntu hallarının operativ şəkildə aradan qaldırılması, vətəndaşların informasiya sorğularının cavablandırılması istiqamətində zəruri tədbirlərin görüldüyü qeyd edilib.

Ombudsman Birinci Qarabağ müharibəsində 4 000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyinin indiyədək məlum olmadığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmasına görə məsuliyyət daşıdığını diqqətə çatdırıb. Müvəkkil bu məsələnin beynəlxalq platformalarda qaldırılması, o cümlədən aidiyyəti beynəlxalq qurum və təşkilatlara müraciətlərin edilməsindən bəhs edib.

Ombudsman otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın mina terroru törətdiyini qeyd edib. Müvəkkil dəfələrlə tələb olunmasına baxmayaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin hələ də ölkəmizə təqdim edilmədiyini, nəticədə çoxsaylı mülki şəxslərin mina qurbanına çevrildiyini bildirib.

S.Əliyeva müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması üçün Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar həyata keçirildiyini, yerində araşdırmalar aparıldığını və əldə olunan faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərildiyini diqqətə çatdırıb.

Sonda qurumlar arasında gələcəkdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Paylaş:
319

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər