Volodimir Zelenski Xerson vilayətinə səfər edib - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Volodimir Zelenski Xerson vilayətinə səfər edib - VİDEO

Qafar Ağayev13:27 - 08 / 06 / 2023
Volodimir Zelenski Xerson vilayətinə səfər edib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə səfər edib.

1news.az "UNİAN"a istinadən xəbər verir ki, Zelenski, Kaxovka SES-in bəndinin partladılması nəticəsində dəyən ziyanın, dağıntıların fəsadlarının aradan qaldırılmasına dair müşavirə keçirib.

"İtkilərin hesablanması və təbii fəlakətdən zərər çəkmiş sakinlərə kompensasiya üçün vəsaitin ayrılması, itkilərin ödənilməsi və ya müəssisələrin Xerson vilayəti daxilində köçürülməsi proqramının hazırlanması vacibdir", - deyə, Zelenski qeyd edib.

Məlumata görə, müxtəlif məsələlərlə yanaşı, su basacaq potensial zonadan əhalinin təxliyəsi, ərazidə yaşayışın təmininin təşkili, regionda ekosistemin perspektivdə bərpası və operativ hərbi şərait də müzakirə olunub.

Paylaş:
558

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər