Sabaha gözlənilən hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Qafar Ağayev13:14 - 12 / 06 / 2023
Sabaha gözlənilən hava proqnozu açıqlanıb

İyunun 13-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər