DYP hazırda təmir olunan Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP hazırda təmir olunan Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı sürücülərə müraciət edib

Qafar Ağayev15:44 - 12 / 06 / 2023
DYP hazırda təmir olunan Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı sürücülərə müraciət edib

Hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri​ aparılır.

1news.az-ın xəbərinə görə, bununla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, vununla əlaqədar yolun inşaat işləri aparılan hissələrdə daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. ​

BDYPİ mövsümlə əlaqədar sözügedən avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını da nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir.

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər