Taksilərə yeni cihaz quraşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksilərə yeni cihaz quraşdırılacaq

Qafar Ağayev11:33 - 12 / 06 / 2023
Taksilərə yeni cihaz quraşdırılacaq

Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinə yeni cihazlar quraşdırılacaq.

1news.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazdır.

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər