Bakıda aptekə basqın edənlər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda aptekə basqın edənlər tutulub

Qafar Ağayev12:39 - 12 / 06 / 2023
Bakıda aptekə basqın edənlər tutulub

Bakıda quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iyunun 9-da gecə saatlarında Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər