Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə təcili eniş etdi - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə təcili eniş etdi - SƏBƏB

Qafar Ağayev16:55 - 13 / 06 / 2023
Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə təcili eniş etdi - SƏBƏB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1newsaz-a verilən məlumata görə, təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər