Bakı Limanı tərəfindən inşa edilən “Ələt Eko Park”ın açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Limanı tərəfindən inşa edilən “Ələt Eko Park”ın açılışı olub - FOTO

Qafar Ağayev10:05 - 15 / 06 / 2023
Bakı Limanı tərəfindən inşa edilən “Ələt Eko Park”ın açılışı olub - FOTO

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) “Ətraf mühit, sosial və korporativ idarəetmə proqramı” çərçivəsində Qaradağ rayonunun Ələt qəsəbəsində müxtəlif sosial layihələr və tədbirlər icra edir.

Bakı Limanının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ətraf mühitin mühafizəsi regionun ilk “Yaşıl Liman” statusu alan Bakı Limanı üçün önəmli vəzifələrdən biridir. Məhz bu səbəbdən sakinlərin səmərəli istirahətinin təşkili üçün Ələt qəsəbəsində “Heydər Əliyev İli” çərçivəsində və 15-İyun Milli Qurtuluş Günü münasibəti ilə “Ələt Eko Park»ın açılışı olub.

“Ələt Eko Park”-ı Şəhid Eduard İmanov küçəsi 23 ünvanında yerləşir. Parkın ərazisi 1176 kvadrat metrdir. Burada bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onların sistematik idmanla məşğul olmaları üçün futbol meydançası, müxtəlif idman qurğuları, oyun meydançaları salınıb. Ərazinin işıqlandırılması üçün 10 ədəd günəş panelli quraşdırılıb, 2 ədəd söhbətgah inşa edilir.

Görülmüş işlər çərçivəsində binaları əhatə edən həyətdə asfalt örtüyü yenilənib. Parka qazon, tamet daşı vurulub, yeni bardür inşa olunub və 162 metr uzunluğunda velosiped zolağı salınıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ həmişəyaşıl ağac və gül-çiçək kolları əkilib.

Qaradağ RİH-nin dəstəyi ilə hazırlanmış layihəyə uyğun olaraq binaların fasadları əsaslı təmir edilib.

Parkın açılışında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Paylaş:
656

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər