Lisey və gimnaziyaların 6-cı siniflərində oxumaq istəyənlər imtahan verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lisey və gimnaziyaların 6-cı siniflərində oxumaq istəyənlər imtahan verib

Qafar Ağayev13:54 - 17 / 06 / 2023
Lisey və gimnaziyaların 6-cı siniflərində oxumaq istəyənlər imtahan verib

Bu gün bir sıra lisey və gimnaziyaların 6-cı siniflərinə mərkəzləşdirilmiş qaydada qəbul imtahanları keçirilib.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Lənkəran, Biləsuvar, Şəmkir, Quba, Şamaxı, Qobustan, Oğuz üzrə ümumilikdə 33 mərkəzdə təşkil edilib.

Qeyd edək ki, şagirdlər iyunun 21-dən sy.edu.az platformasına daxil olmaqla şəxsi kabinetlərindən nəticələrini əldə edə bilərlər. Müvafiq keçid balı toplanıldığı təqdirdə lisey və ya gimnaziya seçimi etmək mümkündür.

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər