Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib

Qafar Ağayev17:05 - 20 / 06 / 2023
Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib

19 iyun 2023-cü il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun dəvəti ilə “Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı”nda məruzəçi qismində çıxış edib.

1news.az xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə təşkil etdiyi tədbirdə “Əcnəbi diplomatlar üçün xarici siyasət Proqramı - 2023” adlı ixtisaslaşma kursu çərçivəsində 22 ölkəni təmsil edən diplomatlar iştirak ediblər.

“Qarabağda urbisid” adlı təqdimatla çıxış edən Rəhman Hacıyev əcnəbi diplomatlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və başlama səbəbləri, işğaldan azad edilən ərazilərdə erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, ətraf mühitə dəyən zərər haqqında ətraflı məlumat verib.

R.Hacıyev çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan “Karabakh.Center” internet-resursu haqqında geniş məlumat verib. Qeyd edib ki, İnternet resursun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra bölgədə yeni reallıq yarandığını deyən İdarə Heyətinin sədri zərərin aradan qaldırılmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında həmrəyliyin rolunu xüsusi vurğulayıb.

Sonda Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib, əcnəbi diplomatların ünvanladığı sualları cavablandırıb.

Paylaş:
310

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər