Ceyhun Bayramov və Leo Dokerti Britaniya ilə Azərbaycan arasında təhlükəsizlik məsələsini müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov və Leo Dokerti Britaniya ilə Azərbaycan arasında təhlükəsizlik məsələsini müzakirə ediblər

Qafar Ağayev09:30 - 21 / 06 / 2023
Ceyhun Bayramov və Leo Dokerti Britaniya ilə Azərbaycan arasında təhlükəsizlik məsələsini müzakirə ediblər

Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrlə birlikdə mübarizə aparır.

1news.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti bildirib.

"Azərbaycanla Britaniya arasında V strateji dialoqa ev sahibliyi etdiyimizə görə çox şadıq. Biz xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını müzakirə etdik. Mən təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha çox əməkdaşlığa ümid edirəm", - deyə o bildirib.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər