Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb

09:48 - 21 / 06 / 2023
Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.

1news.az Report-a istinadla xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi cinsli şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib.

Meyitin xarici və daxili müayinəsi aparılıb, şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər