Qazaxıstanın Baş naziri İlham Əliyevə minnətdarlığını bildirdi | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstanın Baş naziri İlham Əliyevə minnətdarlığını bildirdi

Qafar Ağayev13:19 - 22 / 06 / 2023
Qazaxıstanın Baş naziri İlham Əliyevə minnətdarlığını bildirdi

Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

1news.az xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Alixan Smailov iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Bütün sahələrdə əməkdaşlığımızın uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb.

Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Paylaş:
380

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər