Baş prokuror: Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror: Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək

Qafar Ağayev14:49 - 22 / 06 / 2023
Baş prokuror: Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək

“Bu gün Laçın Rayon Prokurorluğunun inzibati binasının açılışını etdik. Hesab edirəm ki, bu, prokurorluğun tarixində çox mühüm hadisədir”.

1news.az-ın xəbərinə görə, bu fikirləri Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, prokurorluq orqanları Laçında rayon işğaldan azad olunduqdan sonra da fəaliyyət göstərirdi: "Amma bu gün Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”.

K.Əliyev sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir: “Artıq Laçında mülki əhalinin sayının çox olması və eyni zamanda gündən-günə artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir”.

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər