Sevinc Fətəliyeva Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb

Qafar Ağayev16:01 - 22 / 06 / 2023
Sevinc Fətəliyeva Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb

İyunun 22-də Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ilə görüşüb.

1news.az xəbər verir ki, qonağı salamlayan Sevinc Fətəliyeva diplomatik əlaqələrimizin qurulmasından ötən 30 il ərzində münasibətlərimizin davamlı inkişaf etdiyini vurğulayıb və Koreya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib.

Sevinc Fətəliyeva qonağa Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son vermiş 44-günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət, ermənilərin işğal dövründə törətdiyi müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri, regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın göstərdiyi səylər və aparılan sülh danışıqları barədə məlumat verib. Diqqətə çatdırılıb ki, artıq işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatan ilk yaşayış məntəqələrinə məcburi köçkünlərin qaytarılması prosesinə start verilib.

Parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərdə mühüm olduğunu deyən Sevinc Fətəliyeva bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib, parlamentlərin Azərbaycan və Koreya arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib. Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərinin dağıdılmasını təəssüflə qeyd edən qonaq işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın bərpa və yenidənqurma işində nailiyyətlərini təqdirəlayiq olduğunu bildirib. Qonaq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş:
324

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər