Azərbaycan XİN-dən Paşinyana CAVAB: Bu riyakarlıqdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN-dən Paşinyana CAVAB: Bu riyakarlıqdır

Qafar Ağayev17:38 - 22 / 06 / 2023
Azərbaycan XİN-dən Paşinyana CAVAB: Bu riyakarlıqdır

"Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında səsləndirdiyi, Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq "qeyri-qanuni blokada" tətbiq etməsinə dair cəfəng fikirləri qətiyyətlə rədd edirik".

1news.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin bugünkü iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.

XİN Ermənistan tərəfinə bir daha xatırladıb ki, Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinlərinin şəffaf və təhlükəsiz şəkildə hər iki istiqamətdə keçidi üçün müvaviq şərait yaradılmasına, məntəqə yaradılandan yüzlərlə erməni sakinin buradan keçməsinə baxmayaraq, məhz 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.

"Görünən odur ki, Ermənistan tərəfi 2020-ci ildən sonra Laçın yolu vasitəsilə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətdən məhrum olduğu, habelə erməni sakinlərin məntəqədən keçid zamanı Azərbaycan tərəfindən göstərilən müsbət yanaşmadan narahat olduğu üçün bu kimi təxribatlara əl atmaqdadır. Ərazidə “humanitar böhran” olduğu barədə Ermənistan tərəfindən aparılan propaqandanın heç bir əsası yoxdur. 30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümuməsidir.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir. Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.

Ermənistanın qeyd edilən məsələdən ənənəvi təcavüz siyasətinin bir elementi kimi manipulyasiya məqsədilə istifadəsi və sülh prosesinə maneçilik törətməsi qəbuledilməzdir. Ermənistan tərəfindən səsləndirilən və Azərbaycanın suverenliyini hədəf alan bu tipli fikirlər, habelə bölgədə törədilən hərbi təxribatlar bu ölkənin "sülhün bərqərar olması üçün hər cür səy göstərən" tərəf olduğuna dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir", - XİN-dən qeyd olunub.

Paylaş:
574

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər