FHN Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olunub

15:14 - 25 / 06 / 2023
FHN Akademiyasında Silahlı Qüvvələr Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

FHN-dən 1news.az-a verilən xəbərə görə, tədbirdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan danışılıb, ordu quruculuğu tarixinə ekskurs edilib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə ordu quruculuğu, peşəkar milli hərbçi kadrların hazırlanması, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi prioritet sahələrdən olub. Məhz Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə ölkədə qüdrətli Milli Ordunun əsasları formalaşdırıldı, güclü zabit heyətinin yetişdirilməsi üçün ciddi addımlar atıldı.

Tədbirdə Ulu Öndərin milli ordu quruculuğu məsələlərinə göstərdiyi bu mütərəqqi yanaşmanın davamı olaraq Silahlı Qüvvələrimizin müasir standartlara uyğunlaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu sübut etdi.

Sonda “Heydər Əliyev Vətənin keşiyində” adlı sənədli film nümayiş olunub.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər