Mərkəzi Bank 2022-ci ilin yekunlarına görə zərəri azaldıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank 2022-ci ilin yekunlarına görə zərəri azaldıb

Qafar Ağayev16:54 - 03 / 07 / 2023
Mərkəzi Bank 2022-ci ilin yekunlarına görə zərəri azaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ili 63,955 milyon manat dəyərində xalis zərərlə başa vurub.

1news.az bu barədə bazar ertəsi bankın maliyyə hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, 2021-ci ilin yekunlarına görə Mərkəzi Bankın zərəri 162,746 milyon manat təşkil edirdi. Beləliklə Mərkəzi Bankın zərəri 60,7 faiz azalıb.

Hesabatdakı məlumatlara görə, ötən il AMB-nin faiz gəlirləri 221,02 milyon manat (68,4 faiz çox), faiz xərcləri 167,928 milyon manat (0,9 faiz çox), digər əməliyyat gəlirləri isə 30,357 milyon manat (5,7 dəfə çox) olub.

Bundan başqa, haqq və komissiya gəlirləri 32,421 milyon manat (58,24 faiz), haqq və komissiya xərcləri 3,7 milyon manat, amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə tanınması üzrə gəlir 59,042 milyon manat (7,9 dəfə çox), qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis zərər 92,846 milyon manat (5,7 dəfə çox), ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların realizasiyası üzrə xalis zərər 29,906 milyon manat (15,5 faiz az) olub.

Maliyyə hesabatına əsasən, qiymətli kağızların dəyərsizləşməsi üzrə zərər 776 min manat, törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir 23,863 milyon manat (2,6 faiz çox), investisiya fondlarındakı vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir 4,587 milyon manat (34,5 dəfə çox) olub.

Paylaş:
305

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər