Nazir: “Ölkəmizdə mövcud su ehtiyatlarının səmərəli idarə olunması üçün güclü siyasi iradə mövcuddur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Ölkəmizdə mövcud su ehtiyatlarının səmərəli idarə olunması üçün güclü siyasi iradə mövcuddur”

Qafar Ağayev14:25 - 04 / 07 / 2023
Nazir: “Ölkəmizdə mövcud su ehtiyatlarının səmərəli idarə olunması üçün güclü siyasi iradə mövcuddur”

İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 43-cü sessiyası davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən 1news.az-a bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov su resurslarından səmərəli istifadə mövzusunda sessiyada çıxış edib. Nazir bildirib ki, planetdə torpaq və su resurslarının davamlı təzyiqə məruz qalmasının əsas səbəbi kənd təsərrüfatı fəaliyyətidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da su ehtiyatlarının məhdudluğu, su itkisi, fermerlərin sudan səmərəli istifadə etməməsi aqrar fəaliyyətdə çətinliklər yaradır. Ölkənin su ehtiyatlarının böyük bir hissəsinin Azərbaycandan kənarda formalaşdığını deyən nazir, məhdud su ehtiyatlarından daha səmərəli istifadə etməyin vacibliyini önə çəkib.

Məcnun Məmmədov deyib: “Ölkəmizdə mövcud su ehtiyatlarının səmərəli idarə olunması üçün güclü siyasi iradə mövcuddur. Bu istiqamətdə görülən işlərdən biri iqlimə uyğun ağıllı kənd təsərrüfatı idarəçiliyinə investisiya qoyuluşu da daxildir. Azərbaycan hökuməti iqlimə uyğun aqro-ərzaq sistemlərinin inkişafına böyük sərmayə yatırır. İnvestisiyaların əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına yönəlib. Fermerlərin müasir suvarma sistemlərindən istifadəsi dövlət tərəfindən subsidiyalaşdırılır, torpaq kanalların beton kanallarla əvəzlənməsi, yeraltı su xətlərinin çəkilməsi, damcı suvarma və pivot suvarmanın təşviqi səmərəli su idarəçiliyi siyasətimizin əsas prioritetlərini təşkil edir”.

FAO-nun torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması, kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində təşəbbüslərinin dəstəkləndiyini vurğulayan nazir Azərbaycanın bu təşəbbüslərə böyük həvəslə qoşulduğunu, bu cür çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığa hazır olduğunu bildirib.

Məcnun Məmmədov FAO-nun 43-cü sessiyası çərçivəsində qurumun yenidən sədri seçilmiş Qu Donqyu ilə də görüşüb. Nazir ölkəmizin FAO ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu əməkdaşlığın BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına öz töhfəsini verdiyini bildirib. Görüşdə Azərbaycan-FAO əlaqələrinin daha da genişləndirilməsi, FAO-nun rəqəmsal kənd təsərrüfatı, effektiv su idarəçiliyi təşəbbüslərinə dəstək və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Həmçinin İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Ari Ditçerlə də görüş keçirilib. Tərəflər Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərinə toxunub, İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Paylaş:
241

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər