Zəlzələ uşaqlarda hansı travmalara səbəb ola bilər? - Həkim-psixiatrdan cavab | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəlzələ uşaqlarda hansı travmalara səbəb ola bilər? - Həkim-psixiatrdan cavab

Qafar Ağayev12:06 - 04 / 07 / 2023
Zəlzələ uşaqlarda hansı travmalara səbəb ola bilər? - Həkim-psixiatrdan cavab

“Bəzən bilmədən uşaqlar üçün ciddi travmalar yaşadıla bilər. Təbii fəlakətlər, eləcə də zəlzələ zamanı uşaqlarda təşviş, həyəcan, travma sonrası stress pozuntusu, depressiya kimi psixiatrik xəstəliklər yaşana bilər. Bu baxımdan valideynlər diqqətli olmalı, mümkün qədər uşaqlarda təşviş yaratmamalıdırlar”.

1news.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Çilənay Xəlilova deyib.

Onun sözlərinə görə, bu zaman uşaqlarda baş verə biləcək travmalar gündəlik həyatdakı stresdən çox fərqlidir. Bu travmalar gözlənilmədən baş verdiyinə görə, uşaqlar daha çox əziyyət çəkirlər:

“Belə ki, xəstəlik özünü əhvali-ruhiyyənin enməsi, kefsizlik, yuxu pozuntusu, iştahada dəyişiklik, əzizlərini itirmək qorxusu ilə özünü göstərir. Azyaşlı uşaqlarda valideynlərindən ayrı yatmaq, evdə tək qalmaq, heç yerə getmək istəməmə, qaranlıq mühitlərdən qaçma kimi qorxular baş qaldırır.

Ümumiyyətlə, zəlzələ qorxusunun yaranması üçün zəlzələ olması lazım deyil. Məsələn, zəlzələ şəklinə və ya başqa səbəblərdən kiçik yer silkələnməsinə baxdıqları zaman belə uşaqlarda güclü emosional reaksiyalar ola bilər”.

Ç.Xəlilova zəlzələ qorxusundan (seymofobiya) uşaqlarda narahatlıq, daimi sayıqlıq, baş gicəllənməsi, titrəmə, ürək döyüntüsü, tərləmə kimi əlamətlərin də müşahidə edildiyini nəzərə çatdırdı:

“Təbii ki, bu əlamətlər müxtəlif yaş qruplarında olan uşaqlarda müxtəlif şəkildə büruzə verir. 6 yaşından kiçik uşaqlar ölüm anlayışını tam dərk etmədikləri üçün hadisənin fərqində olmurlar. Bəzi uşaqlar zəlzələ zamanı şok vəziyyətində olub donub qalır, hisslərini basdırır, bəziləri isə ağlayıb, qışqıraraq reaksiya verirlər.

6 yaşından böyük uşaqlarda travma sonrası (posttravmatik) stress pozuntusu daha çox rast gəlinir. Yaşadığı evin dağılması, valideynini itirmək, oxuduğu məktəbin artıq olmaması ciddi şəkildə depressiyaya gətirib çıxara bilər.

Ümumiyyətlə, məktəbəqədər yaş qrupunda olan uşaqlardan fərqli olaraq məktəb yaşlı uşaqlar hadisələri dərk etmək yetkinliyinə sahibdir. Onlarda, həmçinin məktəb və dostlarından ayrılmaq qorxusu çox güclü ola bilər”.

Həkim-psixiatr bu məqamda ailənin verdiyi reaksiyanın böyük əhəmiyyət kəsb etdiyini də vurğuladı:

“Valideynlər övladına zəlzələnin təbii fəlakət olduğunu və bu zaman nələr etməli olduğunu açıq-aydın şəkildə izah etməlidir. Fəlakətin xoşagəlməz nəticələrindən bəhs edən televiziya verilişlərindən uşaqları uzaq tutmaq məqsədəuyğundur. Uşaqlar valideynlərinin danışığına və davranışlarına qulaq asmadıqları kimi görünsələr də, əslində bütün hadisələri təfərrüatlı şəkildə içlərində saxlayırlar”.

Mütəxəssis uşaqlarda yuxarıda sadalanan halların uzun müddət davam etdiyi təqdirdə həkim-psixiatra müraciət etməyi tövsiyə edir.

Bəzən siz özünüz də bilmədən uşaqlar üçün ciddi travmalar yaşada bilərsiniz. Unutmayın ki, onlar valideynlərindən, böyük insanlardan dəfələrlə həssasdır. Ona görə də istənilən təhlükəli situasiyalarda onların psixoloji durumunu nəzərə alın!”.

Paylaş:
402

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər