MilliÖN – 15 il sizinlə!

2008-ci ildə yaradılmış ölkənin bir nömrəli ödəmə terminalı kimi tanınan MilliÖN brendi 15 yaşını qeyd edir!
Qısa müddət ərzində Azərbaycanda elektron ödəniş sistemləri bazarında liderlik əldə edərək MilliÖN müştərilərinə rahat və etibarlı yolla müxtəlif xidmətlərin qısa zamanda ödənilməsinə köməklik göstərir.
PashaPay MMC şirkətinin məhsulu olan MilliÖN hazırda ölkə üzrə 5500-dən çox qırmızı ödəniş terminalları və 700-dən artıq xidmət növünə malikdir. Bakıdan Qarabağa qədər geniş terminallar şəbəkəmiz alış-veriş və biznes mərkəzləri, banklar, dövlət orqanları və şöbələri, piyada keçidləri, metro stansiyaları, supermarketlər, hava limanları, avtobus dayanacaqlarını əhatə edir. Həmçinin ödənişlərin daha tez və rahat edilməsi üçün artıq PashaPay şirkətin daha bir məhsulu m10 elektron pulqabısı üzərindən MilliÖN ödənişlərini həyata keçirmək olar.
MilliÖN brendi bütün təklif edilən xidmətlərə yüksək səviyyədə zəmanət vermək üçün ISO 9001:2008 standartına uyğun Keyfiyyət İdarəetmə Sisteminə əsasən fəaliyyət göstərir.
Reklam hüququnda