Azərbaycanda 2000 manat və daha artıq maaş alan müəllimlər var - Nazir statistikanı açıqladı
Azərbaycanda hər 3 müəllimdən 1-i 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Hazırda müəllimlərin 22 faizi, yəni 28929 nəfər 500 manata qədər,48 faizi, yəni 63983 nəfər 500-1000 manat, 26 faizi, yəni 34165 nəfər 1000-1500 manat, 5 faizi, yəni 6177 nəfər 1500-2000 manat, 0,4 faizi, yəni 542 nəfər 2000 manat və daha artıq maaş alır”.
“Getdikcə maaşlar daha da artacaq” – deyə, nazir əlavə edib.
422