Azad olunan ərazilərin bərpası üçün tələb olunan xammal necə təmin olunur? – RƏSMİ CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunan ərazilərin bərpası üçün tələb olunan xammal necə təmin olunur? – RƏSMİ CAVAB

Qafar Ağayev12:18 - 07 / 07 / 2023
Azad olunan ərazilərin bərpası üçün tələb olunan xammal necə təmin olunur? – RƏSMİ CAVAB

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilməkdədir.

1news.az xəbər verir ki, bu fikirləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" başlıqlı mətbuat konfransında çıxış zamanı deyib.

O bildirib ki, 2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrinin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib:

"Əlavə olaraq 2023-cü ildə Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağından istifadəyə verilib. Monitorinqlər və qanunsuz fəaliyyətlə bağlı hüquqi tədbirlər görülüb".

Samir İdayətov onu da qeyd edib ki, Agentlik tərəfindən respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 2020-ci ildə 190, 2021-ci ildə 512, 2022-ci ildə 440, 2023-cü ilin altı ayı ərzində isə 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsinə monitorinq keçirilib:

"Monitorinq işləri yataq sahələrinə yerində baxış, müasir texniki avadanlıqların istifadəsi ilə əldə olunmuş məlumatlar və peyk görüntülərinə əsasən yerinə yetirilib. Toplanılmış informasiyaya uyğun təhlillər aparılmış, uçot və hesabatlılıq təmin edilmiş, müəyyən edilmiş 342 qanunsuz fəaliyyət ilə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib.

Belə ki, qanunsuz fəaliyyət ilə bağlı 2020-2022-ci illər ərzində Agentliyin İdarə Heyətinin Qərarı ilə əsasən çay yataqlarında icazə şərtlərini pozmuş yer təki istifadəçilərinə verilmiş 97 icazə sənədi ləğv edilib. Hüquqi və fiziki şəxslər barəsində ümumilikdə 160 protokol (fiziki şəxslərlə bağlı 112, hüquqi şəxslərlə bağlı 48), fiziki şəxslərlə bağlı 111 inzibati tənbehvermə haqqında qərar, hüquqi şəxslərlə bağlı isə məhkəmələrə edilmiş müraciətlər əsasında 40 məhkəmə qərarı qəbul edilib. 2021-ci ildən başlayaraq monitorinqlərin nəticəsində yer təki istifadəçilərinə verilmiş icazə sənədində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, həmçinin icazə sənədi olmadan yer təkinə qanunsuz müdaxilə halları aşkar edilmiş və bu istiqamətdə hüquqi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə fəaliyyətə başlanılıb".

Paylaş:
360

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər