Xidmət rəisi: “Vətəndaş ağacı icazəsiz budayarsa, 100 manat cərimə oluna bilər”
“Ağac o dərəcədə budanmalıdır ki, o budanma ağacın bioloji ömrünün dayanmasına səbəb olmasın”.
1news.az xəbər verir ki, "Ekologiyanın mühafizəsi" ilə bağlı keçirilən mətbuat konfransda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
“Ağacların budanması müvafiq icra orqanlarının nəzdində fəaliyyət göstərən Yaşıllaşdırma Birliyi idarələrinin səlahiyyətindədir. Vətəndaş ağacların budanması ilə müvafiq qurumlara məlumat verməlidir. Vətəndaş bilmədən ağacın hansısa budağını kəsərsə və bu ağac bir müddət quruyarsa, bu zaman vətəndaş cərimə olunacaq. Vətəndaş ağacın icazəsiz budanmasına görə 100 manat cərimə oluna bilər”.
H. Əlizadə bildirib ki, qurumuş ağacın kəsilməsi bağlı xüsusi ekspertizanın rəyi əsasında həyata keçirilə bilər.
“Ağac quruyub deyə, hansısa dövlət qurumu onu istədiyi kimi kəsə bilməz”.