Vüqar Bayramov: “Qeyri-neft sektoru və qeyri-neft sənayesində artım islahatlar bağldır” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: “Qeyri-neft sektoru və qeyri-neft sənayesində artım islahatlar bağldır”

Qafar Ağayev15:33 - 12 / 07 / 2023
Vüqar Bayramov: “Qeyri-neft sektoru və qeyri-neft sənayesində artım islahatlar bağldır”

“2023-cü ilin yarım ili göstərir ki, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxlayıb”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, bildirib ki, xüsusən də qeyri-neft sektorunda artımın yüksək olması artıq enerjidənkənar sektorların drayverə çevrilməsi anlamına gəlir.

“Qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektoru isə 3 faizdən çox artması ölkədə baş verən islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Çünki bu nəticə etibarı ilə qeyri-neft sektoru üçün yeni imkanlar yaradıb. Bu baxımdan 6 ayın yekunlarını müsbət qiymətləndirmək olar. Bu yekunlar xüsusən də 2018-ci ildən başlayaraq gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi, islahatların dərinləşməsinin nəticələri ilə xarakterizə olunur. Çünki bu, nəticədə maliyyə imkanlarımızı artırıb. Yalnız 2023-cü ilin ilk yarısında dövlət büdcəsinə ödənilən vəsaitin həcmindəki proqnoza nisbətən artımlar büdcəyə yenidən baxılmasına və dürüstləşmənin aparılmasına imkan yaratdı. 2023-cü ilin ilk 6 ayında dövlət büdcəsinə proqnozlaşdırılandan 2,4 milyard manat daha çox vəsaitin yığılması qeydə alındı. Bu da dövlət büdcəsinin dürüstləşdirilməsi üçün imkan yaratdı".

Vüqar Bayramov

Nəqliyyat sektorunun inkişafından danışan deputat bildirib ki, Azərbaycan Orta dəhlizi dəstəkləyən regional ölkələrdəndir.

“Azərbaycan üzərindən daşınan yüklərin həcmində də həm 2022-ci ilin, həm də 2023-cü ilin birinci yarısında artımlar qeydə alınıb. Bu da həm beynəlxalq yükləri daşıyan nəqliyyat şirkətlərinin sayını artırır, həm də nəqliyyat sektorunun özünün əlavə dəyər yaratması ilə bağlıdır. Növbəti dövr üçün də beynəlxalq yükdaşımalar, nəqliyyat və logistikadan daha çox vəsaitin əldə edilməsi prioritet olaraq qalacaq. Bu da nəqliyyat sektorunun ümumi daxili məhsuldakı payının artmasına, ölkəyə daxil olan valyutanın həcminin artmasında gətirib çıxaracaq. Növbəti illərdə də Azərbayca üzərindən daşınan yüklərin həcmində də artım tempinin qorunub saxlanmasını müşahidə edəcəyik”.

Paylaş:
543

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər