Nyu-Yorkda yeni diaspor təşkilatı yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nyu-Yorkda yeni diaspor təşkilatı yaradılıb

Qafar Ağayev17:24 - 12 / 07 / 2023
Nyu-Yorkda yeni diaspor təşkilatı yaradılıb

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan-Amerika Gənclər Federasiyası (Azerbaijani-American Youth Federation) təşkilatı təsis edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a bildirilib ki, Kolumbiya Universitetində beynəlxalq təhsil və qlobal idarəçilik ixtisası üzrə təhsil alan həmyerlimiz Günay Məmmədovanın təşəbbüsü ilə yaradılan təşkilat ABŞ-ın Şərq sahili ştatlarında yaşayan gəncləri, tələbələri, məzunları və gənc peşəkarları bir araya gətirəcək.

Günay Məmmədovanın sözlərinə görə, artıq yeni təşkilat ABŞ-da rəsmi qeydiyyatdan keçib.

Başlıca məqsəd gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyəti və dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər