Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı

09:56 - 12 / 07 / 2023
Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44510 nəfər istiqamətləndirilib.

Bu barədə 1news.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1377 nəfərindən 744-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər