Ağcabədidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Qafar Ağayev17:38 - 13 / 07 / 2023
Ağcabədidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Ağcabədi şəhərində minik avtomobilinin dərəyə aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər