İcbari tibbi sığortaya yeni tibbi xidmət daxil ediləcək - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari tibbi sığortaya yeni tibbi xidmət daxil ediləcək - SİYAHI

Qafar Ağayev13:05 - 17 / 07 / 2023
İcbari tibbi sığortaya yeni tibbi xidmət daxil ediləcək - SİYAHI

“İcbari tibbi sığortanın xidmətlər zərfinə yeni tibbi xidmət daxil ediləcək”.

1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova bildirib.

O bildirib ki, travmatoloji, oftalmoloji, ürək-damar cərrahiyyəsi və orqan transplantasiyası üzrə əməliyyatların artırılması nəzərdə tutulur.

“Qaraciyər transplantasiyası üzə illik 100 əməliyyat, böyrək transplantasiyası üzrə illik 150 əməliyyat və sümük iliyi və ya kök hüceyrələrin transplantasiyası üzə illik 20 əməliyyat sığorta limiti tətbiq edilir”, - deyə Leyla Lətifova bildirib.

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər