“Heydər zirvəsi”nə yürüş təşkil ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Heydər zirvəsi”nə yürüş təşkil ediləcək

Qafar Ağayev15:42 - 17 / 07 / 2023
“Heydər zirvəsi”nə yürüş təşkil ediləcək

"Cəmiyyətin və Medianın İnkişafı İctimai" Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə layihənin icrasına start verib.

1news.az xəbər verir ki, bu barədə təşkiltdan məlumat verilib. Məlumatda bildirilir ki, “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihə çərçivəsində məktəblilərin Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu, onun adı ilə bağlı olan məkanlara ekskursiyası təşkil ediləcək. 4 məkana təşkil ediləcək ekskursiyanın sonuncusu “Heydər zirvəsi”nə yürüş formatında təşkil ediləcək. Bu yürüşdə iştirakçı qismində jurnalistlər, QHT nümayəndələri və digər tanınmış şəxslər olacaqdır. Bundan başqa layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı məkanlardan çəkilən fotoların müsabiqəsi təşkil ediləcək.

Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin şərəfli ömür yoluna və irsinə həsr edilən çoxsaylı və müxtəlif formatlı fəaliyyətləri özündə ehtiva edən tədbirlər planını reallaşdırmaqla gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda yetişdirilməsi işlərinə töhfələr verməkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.

Paylaş:
302

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər