Fuad Nağıyev: Quru yollarla gələn turistləri itirmişik | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Nağıyev: Quru yollarla gələn turistləri itirmişik

Qafar Ağayev16:19 - 17 / 07 / 2023
Fuad Nağıyev: Quru yollarla gələn turistləri itirmişik

Hazırda Azərbaycana gələn turistlərin sayı pandemiyadan əvvəlki sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

"Hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, yəni turistlər yalnız hava yolu ilə gələ bilir. Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirmişik. Operativ Qərargahın quru sərhədlərinin açılması ilə bağlı qərarını gözləyirik. Quru sərhədlərin bağlı olması daxili turizmin artımına heç bir təsir göstərməyib. Bu amillər bir-biri ilə bağlı deyil", - deyə sədr vurğulayıb.

Fuad Nağıyev onu da bildirib ki, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı üçün MDB ölkələri, Türkiyə, İsrail və Rusiya ilə danışıqlar aparılır: "İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla turizmə investisiyaların yatırılması ilə bağlı həm yerli, həm xarici investorlarla danışıqlar aparırıq. Hələ ki, Şəki şəhərinə bir neçə investor maraq göstərir. Bunlar, müəyyən tarixi abidələrin bərpa edilib, işlənməsi ilə bağlıdır".

Paylaş:
350

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər