“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib

Qafar Ağayev16:36 - 17 / 07 / 2023
“Azərpoçt” marka buraxılışında innovativ yanaşma tətbiq edib

“Azərpoçt” MMC növbəti yeniliyi marka buraxılışında həyata keçirib.

1news.az xəbər verir ki, 2023-cü ildən ənənəvi marka ilə yanaşı, “QR-kod”lu markaların da buraxılışına başlanılıb. “QR-kod” tətbiqi imkan verir ki, haqqında daha geniş məlumat verilməsi istənilən mövzuya aid hansısa elektron mənbəyə “QR-kod” vasitəsilə keçid verilsin, bununla da informasiya axını daha geniş şəkildə təmin olunsun.

Azərbaycanda ilk dəfə olaraq bu təcrübə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev 100 il” poçt markasının buraxılışı zamanı tətbiq olunub. Ulu Öndər haqqında məlumatın geniş yayılması məqsədilə həmin markaya yerləşdirilmiş “QR-kod”a www.president.az saytında H.Əliyev haqqında ingilis dilində olan məlumata keçid verilib. Qeyd edək ki, “Heydər Əliyev 100 il” markası 300.000 tirajla Almaniyanın Federal Nəşriyyatı (Bundesdruckerei) tərəfindən dərc olunub.

Növbəti olaraq 2023-cü ildə buraxılmış “Avropa buraxılışı” və “Vinsent Van Qoq” adlı poçt markalarının üzərində tətbiq edilib. Sözügedən buraxılışlarda yerləşdirilmiş “QR-kod”lar istifadəçini Azərbaycan markalarına həsr olunmuş https://stamps.azerpost.az/az saytına yönəldir.

Poçt markasının kiçik olmasına baxmayaraq, onun əslində mühüm informasiya daşıyıcısı olduğunu nəzərə alaraq, “Azərpoçt” növbəti marka buraxılışlarında da bu yeniliyi tətbiq etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, son illər ərzində Azərbaycan poçt markalarına olan maraq artmaqdadır. Bu ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycan markaları dünya filatelistləri arasında məşhur marka satışı platforması olan WOPA+ üzərindən beynəlxalq filatelistlərə satılmaqdadır.

Paylaş:
369

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər