Əli Əhmədov ICCIA rəhbərləri ilə görüşüb
Baş nazirin müavini Əli Əhmədov iyulun 17-də İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının (ICCIA) rəhbərləri ilə görüşüb.
Bu barədə 1news.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə 2023-cü ilin 17-18 iyul tarixlərində Bakı şəhərində keçirilən ICCIA Direktorlar Şurasının 35-ci iclası ətraflı müzakirə olunub və gələcəkdə ölkəmizin bütün İslam Dünyası üçün ticarət və investisiya baxımından diqqət mərkəzinə çevrilməsinin vacibliyi xüsusilə qeyd edilib.
Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışılıb.
311