Mədəniyyət naziri Adil Kərimli Lənkəran şəhərindəki Dairəvi qalaya baxış keçirib | 1news.az | Xəbərlər
Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Lənkəran şəhərindəki Dairəvi qalaya baxış keçirib

13:10 - 14 / 07 / 2023
Mədəniyyət naziri Adil Kərimli Lənkəran şəhərindəki Dairəvi qalaya baxış keçirib

Mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.

1news.az xəbər verir qəbuldan sonra Adil Kərimli Lənkəran şəhərində yerləşən Dairəvi qalaya (Zindan qala) baxış keçirib. Nazir qalada aparılan təmir-bərpa işləri ilə tanış olub, müvafiq tapşırıq və göstərişlərini verib.

Qeyd edək ki, qalanın dam örtüyünün çökməsi ilə əlaqədar abidə qəzalı vəziyyətə düşüb. Qala sonuncu dəfə 2008-ci ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış problem tikiliyə ciddi ziyan vurub.

Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin bərpası istiqamətində işlərə başlanılıb. Qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, eyni zamanda abidənin mühafizəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Abidəni təbii aşınmadan qorumaq üçün müvəqqəti dam örtüyü quraşdırılmışdır.

Məlumat üçün bildirək ki, XVIII əsrin ikinci yarısına aid Dairəvi qala Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. XIX əsrin əvvəlində bölgə rus qoşunları tərəfindən işğal olunduqdan sonra tikili həbsxana kimi istifadə edilib. Abidənin hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.

Qala Nazirlər Kabinetinin 2001-ci il 2 avqust qərarı ilə yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən mühafizə edilir.

Paylaş:
574

Sizin üçün xəbərlər

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər