Əməkdar artist Rüfət Babayev dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməkdar artist Rüfət Babayev dəfn edilib

Qafar Ağayev14:28 - 21 / 07 / 2023
Əməkdar artist Rüfət Babayev dəfn edilib

“Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev 19 iyul 2023-cü il tarixində, 58 yaşında Moskvada vəfat edib.

1news.az xəbər verir ki, Rüfət Babayev 2 oktyabr 1965-ci ildə Bakıda məşhur “Qaya” ansamblının yaradıcılarından olan tanınmış müğənni, Xalq artisti Rauf Babayevin ailəsində dünyaya göz açıb.

1972-1983-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Zöhrab Adıgözəlzadənin fortepiano sinfində davam etdirib. 1987-ci ildən “Qaya” Dövlət Ansamblında solist (sintezator) kimi fəaliyyətə başlayıb. Eyni zamanda bu ansamblın nəzdində fəaliyyət göstərən “Talisman” qrupunda da solist olaraq çıxış edib.

Ömrünü “Qaya” ansamblına bağlayan ifaçı bu kollektivlə ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı konsertlər verib, Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib.

Musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən ifaçı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 2019-cu ildən “Qaya” ansamblının direktoru idi.

Rüfət Babayev iyulun 21-də Bakı şəhərində Yasamal qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Allah rəhmət eləsin.

Paylaş:
245

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər